Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün bu həftəsonu 4 gün iş olmayacaq.
31 iyul və 1 avqustda ölkədə Qurban bayramı qeyd ediləcək. Bu bayram 1 avqust tarixi həftənin şənbə gününə düşür.
Bayram günü ilə istirahət günü üst-üstə düşdüyündən beşgünlük iş həftəsində çalışanlar üçün avqustun 4-ü, altıgünlük iş həftəsində çalışanlar üçün isə avqustun 3-ü ilk iş günü olacaq.