Ucnoqta.az
www.ucnoqta.az

Qaraqaya yüksəkliyindən erməni postları belə görünür- <font color=red><b>ƏN SON VİDEO</b></font>

18:41 - 26 İyul 2020 tarixində dərc olunub.

"Yeni Müsavat" Media Qrupunun Tovuz rayonuna ezam olunmuş reportyorları Qaraqaya yüksəkliyində olub.

Ucnoqta.az xəbər verir ki, Musavat.com əməkdaşları İlkin Muradov və Məhəmməd Türkmənin Qaraqaya yüksəkliyindən hazırladığı reportajı təqdim edir.
Qeyd edək ki, rus jurnalist Semyon Peqov özünün hazırladığı bədnam videoreportajda Qaraqaya yüksəkliyinin ermənilərin nəzarətində olduğunu iddia edirdi.

Əməkdaşlarımızın hazırladığı reportaj Peqovun yalanlarını bir daha ifşa edir. Təqdim edəcəyimiz görüntülərdən də aydın olur ki, erməni mövqeləri Qaraqaya yüksəkliyində möhkəmlənən ordumuzun tam nəzarətindədir.
Əməkdaşlarımız ordumuzun köməyi ilə Qaraqayadan erməni kəndlərini, örüş yerlərini, evləri, yolları bir-bir görüntüləyiblər.

Ən əsası, ermənilərin post və səngərlərini yuxarıdan aşağıya doğru çəkiblər. Reportyorlar bu görüntüləri Azərbaycan postlarından qeyd ediblər. Yəni onların gördüklərini hərbçilərimiz də rahatlıqla görürlər...

Bütün ərazi və yüksəkliklər Azərbaycan ordusunun nəzarətindədir!

Müəllif: