Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 602 nəfər koronavirusdan sağaldı- <font color=red><b>9 nəfər öldü</b></font>

17:26 - 26 İyul 2020 tarixində dərc olunub.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 296, ötən müddət ərzində isə ümumilikdə 683 548 test aparılıb.

Müəllif: