Ucnoqta.az
www.ucnoqta.az

Qusarda göldə batan gəncin meyiti tapıldı

18:24 - 24 İyul 2020 tarixində dərc olunub.

Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun axtarışları başa çatıb.

 Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.///trend

Müəllif: