Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə karantin rejimini pozan şəxslər cərimələndi

14:13 - 24 İyul 2020 tarixində dərc olunub.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən sərnişinləri - M. Quliyev və İ.Heydərovla ilə birgə saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

Müəllif: