Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı aktrisa vəfat edib

12:26 - 23 İyul 2020 tarixində dərc olunub.

Azərbaycan kino sənətində Maya və Ulduz obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində 1936-cı ildə dünyaya göz açmışdır. Tamilla Rüstəmova vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır.

Allah rəhmət eləsin!

Müəllif: