Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda karantin rejimi qaydalarını pozan 6 nəfər həbs edildi -<font color=red><b>Foto</b></font>

16:50 - 22 İyul 2020 tarixində dərc olunub.

Goranboy rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə,  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət aparır.

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı iyul ayının 4-dən tətbiq edilən sərt karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq, onlar barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar nəticəsində 138 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib.

Əlavə olaraq, altı şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Müəllif: