Ucnoqta.az
www.ucnoqta.az

Əməkdar jurnalist Vüqar Zifəroğlu: <font color=red><b>“Bu dövlətin sənə verdiyi dəyərdir” </b></font>

16:21 - 22 İyul 2020 tarixində dərc olunub.

“İlk olaraq cənab Prezidentə təşəkkürümü bildirirəm. Hər bir jurnalist üçün Əməkdar jurnalist adı almaqdan şərəfli ad yoxdur. Əməkdar jurnalist adı dövlət tərəfindən verilən bir addır. Bu dövlətin sənə verdiyi dəyərdir”.

Bunu Ucnoqta.az-a Prezident İlham Əliyevin Azərbaycan Respublikasının kütləvi informasiya (KİV) vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə Əməkdar jurnalist adı alan BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu söyləyib: “Xəbəri ilk olaraq tələbələrimdən aldım. Zəng edib mənə dedilər ki, müəllim, fəxri adlar siyahısında adınız var. Sonda bir daha dövlətimizin başçısı cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm”.

Müəllif: