Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan daha 175 vətəndaşını Gürcüstandan təxliyə edir

09:13 - 22 İyul 2020 tarixində dərc olunub.

Gürcüstandan daha 175 Azərbaycan vətəndaşının təxliyəsi prosesinə başlanılıb.

Vətəndaşların Tbilisidə koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ olub.

Təxliyə olunan şəxslərə onlarda COVID-19-un aşkarlanmadığını sübut edən xüsusi arayış təqdim edilib.

Hazırda vətəndaşlar Azərbaycanın Gürcüstan səfirliyinin binası önünə toplaşır. Onlar saat 10:00-da 4 avtobusla Azərbaycanla sərhəddəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə yola salınacaq.

Ölkə ərasisinə daxil olandan sonra həmin şəxslərə yaşadıqları yerə çatmaq üçün birgünlük icazə veriləcək.

Qeyd edək ki, bundan öncə Azərbaycan 300-dən çox vətəndaşının Gürcüstandan Vətənə çatdırılmasını təmin edib.///report

Müəllif: