Ucnoqta.az
www.ucnoqta.az

Samuxda elektrik yarımstansiyasında partlayış- <font color=red><b>yaralanan var</b></font>

21:37 - 20 İyul 2020 tarixində dərc olunub.

Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb. 

Hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin ikinci və üçüncü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, xəsarət alan şəxs Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib.
Hadisənin başvermə səbəbləri araşdırılır.///Apa

Müəllif: