Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat edib

17:34 - 20 İyul 2020 tarixində dərc olunub.

Azərbaycanda daha bir tibb işçisi koronavirusun qurbanı olub.

Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov məlumat verib.

O bildirib ki, Cəlilabad rayonu, Qarazəncir kənd həkim məntəqəsinin müdiri Pirverdi Hümbətov dünyasını dəyişib: “Cəlilabad səhiyyəsi daha bir dəyərli həkimini itirdi. Dəyərli həkim, gözəl dost Pirverdi Hümbətov bu gün COVID- 19-un qurbanı oldu”.///report

Müəllif: