Ucnoqta.az
www.ucnoqta.az

Havanın temperaturu enəcək - <font color=red><b> XƏBƏRDARLIQ </b></font>

16:01 - 20 İyul 2020 tarixində dərc olunub.

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan  23-dək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşamdan  23-dək havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra  iyulun 21-i axşam şimal və qərb rayonlarından başlayaraq 25-dək ölkə ərazisində  havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında  leysan xarakterli intensiv və güclü olacağı, dolu duşəcəyi  gözlənilir. Qərb küləyi  15-20 m/s, iyulun 21-də gündüz və 22-də  ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Müəllif: