Ucnoqta.az
www.ucnoqta.az

İnterpol qanunsuz silahlı birləşmələrdə iştirak edən azərbaycanlını axtarışa verdi

10:56 - 20 İyul 2020 tarixində dərc olunub.

Qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib.

Məlumatına görə, 1993-cü il təvəllüdlü azərbaycanlı Raman Salayev Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

R.Salayev qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunub və Rusiya hüquq-mühafizə orqanlarında onun barəsində cinayət işi başlanıb. İstintaqdan yayınan R.Salayev barədə Rusiya dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.///trend

 

Müəllif: