Ucnoqta.az
www.ucnoqta.az

Trinidad və Tobaqonun Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

15:46 - 18 İyul 2020 tarixində dərc olunub.

Trinidad və Tobaqo Respublikasının Prezidenti Paula-Mae Uiksdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Trinidad və Tobaqo Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-aliləri, Sizə xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Müəllif: