Ucnoqta.az
www.ucnoqta.az

Sabirabad sakinini öldürməyə cəhd edən iki nəfər tutulub

15:42 - 18 İyul 2020 tarixində dərc olunub.

İyulun 16-da saat 23 radələrində 1982-ci il təvəllüdlü Sabirabad rayonu, Türkədi kənd sakini Fuad Məmmədovun çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub

 Baş Prokurorluqdan Ucnoqta.az-a verilən məlumata görə, dərhal prokurorluq tərəfindən hadisə yerinə baxış keçirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışları 1981-ci il təvəllüdlü Mircavid Mövsümov və 1976-cı il təvəllüdlü Seyidəli Mövsümovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı Fuad Məmmədovu qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən ediib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Mircavid Mövsümov və Seyidəli Mövsümov şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: