Ucnoqta.az
www.ucnoqta.az

Saatlıda <font color=red><b>FACİƏLİ HADİSƏ</b></font>: oğul anasını ehtiyatsızlıqdan öldürüb

14:37 - 18 İyul 2020 tarixində dərc olunub.

Saatlı rayonunda oğul anasını güllələyərək öldürüb.

Hadisə rayonun Kamallı kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Qəmbərov Racil Zabil oğlu ehtiyatsızlıqdan anası, 1966-cı il təvəllüdlü Tovuz Fərman qızı Qəmbərovanı ov tüfəngindən açdığı atəşlə güllələyib. Qadın aldığı güllə yarasından hadisə yerində həyatını itirib.

Hadisənin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.
Faktla bağlı Saatlı Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.///Apa

Müəllif: