Ucnoqta.az
www.ucnoqta.az

Karantində işləyən kafenin müştəriləri cərimələndi - <font color=red><b>Foto</b></font>

10:57 - 18 İyul 2020 tarixində dərc olunub.

Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən kafe aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı şəhər sakini Ramin Aslanovun işlətdiyi kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 9 nəfər müştərinin xüsusi karantin qaydalarını pozduqları aşkar olunub.

Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər və onlara ciddi xəbərdarlıq olunub. Obyekti işlədən R.Aslanov barəsində isə toplanmış material şəhər məhkəməsinə göndərilib.

Müəllif: