Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq

17:55 - 17 İyul 2020 tarixində dərc olunub.

Aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin  həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.                                         

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Müəllif: