Ucnoqta.az
www.ucnoqta.az

Elmar Məmmədyarov: <font color=red><b>“Ceyhun Bayramova uğurlar diləyirəm”</b></font>

16:08 - 17 İyul 2020 tarixində dərc olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər naziri vəzifəsindən azad olunan Elmar Məmmədyarov Gununsesi.org-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?
- Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm. 

- Gələcək planınız nədir? 
- Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.

- ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?
- Dedim, axı hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam, bunu biləcəksiniz.

- Yeni XİN rəhbəri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var.
- Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu barədə özündən soruşsanız, daha yaxşı olardı.

Müəllif: