Ucnoqta.az
www.ucnoqta.az

Ağdam kənd sakini: <font color=red><b>Hamımız evimizdəyik, heç kim heç yerə getmir -Foto</b></font>

13:03 - 17 İyul 2020 tarixində dərc olunub.

Dünən axşamdan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində nisbi sakitlikdir.

Bunu Trend-ə açıqlamasında Tovuz rayonunun Ağdam kənd sakini İsa Əliyev deyib. Onun sözlərinə görə, hazırda ərazidə atışma yoxdur:

"Dünəndən artıq sakitlikdir, atəş səsləri eşidilmir. Biz heç yerə getməmişik, öz evlərimizdəyilk, heç yerə getmək fikrimiz də yoxdur. Biz 90-cı illərdə də öz kəndimizdə, evimizdə olmuşuq. Bundan sonra da axıra qədər öz kəndimizdə olacağıq. Hamımız öz evimizdə, həyətimizdə gündəlik təsərrüfat işləri ilə məşğul oluruq".

Müəllif: