Ucnoqta.az
www.ucnoqta.az

Bu gecədən müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq

11:39 - 17 İyul 2020 tarixində dərc olunub.

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 18 iyul gecə 00:00-dan 20 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək.///trend

Müəllif: