Ucnoqta.az
www.ucnoqta.az

Ermənistandan itkilərlə bağlı yeni etiraf:<font color=red><b> yaralıların sayı 20-yə çatdı</b></font>

10:21 - 16 İyul 2020 tarixində dərc olunub.

Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb. 

“Report” xəbər verir ki, məlumatı “newsarmenia.am” agentliyi yayıb.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb.
Onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir.

Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı.  

Müəllif: