Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan vətəndaşı Naxçıvana keçib - <font color=red><b>Foto</b></font>

17:10 - 15 İyul 2020 tarixində dərc olunub.

30 yaşlı Ermənistan vətəndaşı Narek Sardaryan işğalçı ölkənin mövqelərində yaranmış nəzarətsizlikdən istifadə edərək Naxçıvan Muxtar Respublikasının ərazisinə keçib.

Məlumata görə, hərbiçilərimiz tərəfindən saxlanılan Sardaryan Naxçıvanla sərhəddə heyvandarlıqla məşğul olduğunu, öz ölkəsində olan zorakılıq, məmur özbaşınalığı və ədalətsizliklərdən bezərək sərhədi keçmək üçün fürsət axtardığını və ölkəmizə sığındığını bildirib.///trend

 

Müəllif: