Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxdu- <font color=red><b>510 nəfər sağaldı, 6 nəfər öldü</b></font>

20:40 - 14 İyul 2020 tarixində dərc olunub.

Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8 644 xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 217, ötən müddət ərzində isə ümumilikdə 584 466 test aparılıb.

Müəllif: