Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı müğənninin öldüyü qəzanın <font color=red><b>VİDEOsu</b></font>

10:36 - 13 İyul 2020 tarixində dərc olunub.

Binəqədi rayonunun C.Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsinin videosu yayılıb.

Yolu keçmək istəyən qadını avtomobil vurub. Nəticədə xanımın başı bardürə dəyib və dünyasını dəyişib.
Qeyd edək ki, qəza aprelin 15-də saat 17:00 radələrində qeydə alınıb.

Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurub. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb.

​Xatırladaq ki, Müşərrəf Verdiyeva ifaçılıqla məşğul olub. Müğənni kimi fəaliyyət göstərən qadın səhnə üçün “Banu” adından istifadə edib.

Müəllif: