Bakıda ruhi əsəb xəstəsi özünə xəsarət yetirib.
Hadisə iyunun 30-da axşam saatlarında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, həmin qəsəbədə yaşayan ruhi əsəb xəstəsi, 1958-ci il təvəllüdlü Süleyman Əliyev özü-özünün qarın nahiyəsinə bıçaqla xəsarətlər yetirib. Daha sonra o, yaralı vəziyyətdə xəstəxanaya daxil edilib.
Məlum olub ki, S.Əliyev həmçinin sirkə turşusu da içib.
İyulun 7-i səhər saatlarında isə o, xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.///report