Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirçay su anbarında bir nəfər batıb

16:51 - 4 İyul 2020 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Müəllif: