Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var - <font color=red><b>Foto / Video</b></font>

22:44 - 3 İyul 2020 tarixində dərc olunub.

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin "Azərbaycan" küçəsində qeydə alınıb.

Belə ki, “50-DK-964” dövlət nömrə nişanlı "Opel" markalı avtomobil qarşıdan gələn “50-DF-321” dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.///report

Müəllif: