Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 29 yaşlı kişi özünü asdı

12:58 - 2 İyul 2020 tarixində dərc olunub.

Bakıda intihar hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1991-ci il təvəllüdlü Nasir Əhmədov intihar edib.

Onun cəsədi iyulun 1-də saat 18:00 radələrində evinin həyətindəki tualetdə aşkarlanıb. N.Əhmədov özünü kəndirdən asıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinə başlanılıb.

İntiharın səbəbləri müəyyənləşdirilir.

Müəllif: