Ucnoqta.az
www.ucnoqta.az

Lerikdə maşın dərəyə yuvarlanıb, 3 nəfər ölüb - <font color=red><b>YENİLƏNİB - Foto</b></font>

10:36 - 2 İyul 2020 tarixində dərc olunub.

Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.

 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

***

saat 09:33

Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.

Məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Müəllif: