Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ olub

08:26 - 2 İyul 2020 tarixində dərc olunub.

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:01-də qeydə alınıb.

Ocağı 18 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Müəllif: