Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>TƏBİB</b></font>: Simptomu olan hər bir şəxsin testi aparılır

19:00 - 30 İyun 2020 tarixində dərc olunub.

“Bizim bu gün apardığımız testlər PZR testləridir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, bu gün yüksək temperaturu, simptomu olan hər bir şəxsin, o cümlədən yoluxanların ünsiyyətdə olduğu insanların və xaricdən gələnlərin testi aparılır: “Ümumdünya Səhiyyə Təşkilatı profilaktik testlərin aparılmasını tövsiyə etmir. İmkansız bir insanın simptomları varsa, onun testi pulsuz aparılacaq və aparılmalıdır”. 

Müəllif: