Rusiyada koronavirusa yoluxanların sayı 647 mini keçib

12:05 - 30 İyun 2020 - Xəbər

Rusiyada koronavirusa yoluxanların sayı artır.

Məlumata görə, ölkədə son sutka ərzində 6 693 nəfər virusa yoluxub, 154 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 647 849 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 320 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 412 650 nəfər virusdan sağalıb, 225 879 nəfərin müalicəsi isə davam edir.///trend

 

Xəbər xətti