Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

11:26 - 30 İyun 2020 - Xəbər

Parlamentin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 7 məsələ müzakirə olunub.
İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 8 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları iyunun 1, 2, 5, 12, 19, 25, 29 və 30-da keçirilib.///report

Xəbər xətti