Gürcüstanda azərbaycanlı qızı qaçıran üç gənc saxlanılıb

09:51 - 30 İyun 2020 - HADİSƏ

Gürcüstanın Marneuli rayonunda 23 yaşlı qızı qaçırmaqda ittiham olunan 3 gənc saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, 23 yaşlı gənc iki nəfərlə birgə qızı evlənmək məqsədilə qaçırıb.

Faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə maddəsi üzrə cinayət işi açılıb. Gəncləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.///report

Xəbər xətti