Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü -544 nəfər yoluxub, 343 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 544 yeni yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558, ötən müddət ərzində isə ümumilikdə 475 525 test aparılıb.

Tarix
29 İyun 2020 [21:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-06-29 21:06:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin