“Barselona” futbolçusu “Yuventus” ilə 5 illik müqavilə imzalayıb

22:50 - 28 İyun 2020 - İDMAN

İspaniyanın “Barselona” klubunun futbolçusu Artur İtaliya “Yuventus”u ilə müqavilə imzalayıb.

Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi 5 illik anlaşmaya imza atıb. O, 2025-ci ilin iyununa qədər Turin klubunda oynayacaq. Əks istiqamətdə - “Yuventus”dan “Barselona”ya yollanan Miralem Pyaniç artıq tibbi müayinədən keçib.

Qeyd edək ki, Artur 70, Pyaniç 60 milyon avroya transfer olunub. Hər iki transfer üçün əlavə bonuslar da nəzərdə tutulub.

Xəbər xətti