Həsən bəy Zərdabinin doğum günüdür

11:07 - 28 İyun 2020 - MEDİA

28 iyun Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.
 

Ucnoqta.az xəbər verir ki, Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib.
 İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır. 
 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyur.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir.
 
Görkəmli maarifçi 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır.

1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.
 Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir.
 Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edir. 

Xəbər xətti