Test nəticəsi neqativ olan bu şəxslər də yoluxdura bilər

21:06 - 27 İyun 2020 - Cəmiyyət

"Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var."

Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"nun qonağı olarkən deyib.

"Bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunur. Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şəraitində izolyasiya olunanlar yüngül, buzlu şüşə simptomu olmayan xəstələrdir", deyə C.İsayev qeyd edib.///qafqazinfo

Xəbər xətti