İranda koronavirusa yoluxanların sayı 220 min nəfəri keçib

14:30 - 27 İyun 2020 - DÜNYA

İranda ötən sutka ərzində daha 2 456 nəfərin koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 220 180 nəfərə çatıb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Sadat Larinin sözlərinə görə, virus daşıyıcılarından 2 928 nəfərin vəziyyəti ağırdır. Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 125 nəfər koronavirus nəticəsində ölüb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 10 364 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 180 661 nəfər koronavirusdan sağalıb.
Sadat Lari Xuzistan, Kirmanşah, Kürdüstan, Hörmüzqan, Qərbi Azərbaycan və Rəzəvi Xorasanı vilayətlərində vəziyyətin ağır olduğunu deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,58 milyondan çox test həyata keçirilib.///report

Xəbər xətti