Ucarda yük maşını aşıb

10:21 - 27 İyun 2020 - HADİSƏ

Ucarda yük maşını aşıb.

Hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun 241-ci kilometrliyində, Ucar rayonunun "Dörd yol" adlanan hissəsində qeydə alınıb.

Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Şəqaüq Süleyman oğlu Süleymanovun idarə etdiyi "KamAZ" markalı yük maşınının təkəri çıxıb, nəticədə maşın idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Sürücü yüngül xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Yolda nəqliyyatın hərəkətinə nisbi çətinlik yaranıb.

Fakt araşdırılır.///Apa

Xəbər xətti