Türkiyədə daha 19 nəfər koronavirusdan dünyasını dəyişib

20:47 - 26 İyun 2020 - DÜNYA

Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 065 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 396 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 194 511 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 492 nəfər olmaqla 167 198 nəfər təşkil edir.

Xəbər xətti