Tovuzda "VAZ-21011"lə "KaMAZ" toqquşub- ölən var (Yenilənib)

19:44 - 26 İyun 2020 - HADİSƏ

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşınının toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Məşədilər kəndində qeydə alınan hadisə nəticəsində Tovuz rayon sakini, 1974-cü il təvəllüdlü Haqverdi Qurban oğlu Həsənov ölüb, onun oğlu, 2005-ci il təvəllüdlü Murad Haqverdi oğlu Həsənov isə xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 


18:44

Ölən və xəsarət alan var

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşını toqquşub. "Report"un məlumatına görə, hadisə Məşədilər kəndində qeydə alınıb. 

 Qəza nəticəsində 1 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Ölən şəxsin yaralının atası olduğu bildirilir. Onların ad və soyadları dəqiqləşdirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti