Salyanda iki avtomobil toqquşub

23:30 - 25 İyun 2020 - HADİSƏ

Salyanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, "VAZ 2107" markalı və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 3 qadın - Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Hüseynova Zümrüd Rafiq qızı, 2004-cü il təvəllüdlü Hüseyova Milana Ehtiram qızı və Sumqayıt sakini, 1967-ci il təvəllüdlü Qarayeva Nərgiz Səhhət qızı xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır.///Apa

Xəbər xətti