Ukraynada Azərbaycan vətəndaşı öldürülüb

16:57 - 25 İyun 2020 - HADİSƏ

Ukraynada Goranboy sakini qətlə yetirilib.

Məlumata görə, hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb. Staxanov şəhərində yaşayan, Goranboy rayon Faxralı kənd sakini, 26 yaşlı H.Mamed həmyerlisi olan yeznəsi, 33 yaşlı Ə.Hakimi bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq zərbəsi alan Ə.Hakim xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Onun meyitinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi bildirilir.

Hadisəni törədən H.Mamed polisə gedərək könülü təslim olub.///Apa

Xəbər xətti