İranda pandemiya qurbanlarının sayı 10 mini ötdü

14:54 - 25 İyun 2020 - DÜNYA

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
İranda daha 2 595 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da yoluxma faktlarının sayı 215 096-ya çatıb.

Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 134 nəfər artaraq 10 130 nəfərə yüksəlib.
Bundan başqa, indiyədək 175 103 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xəbər xətti