Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb

13:17 - 25 İyun 2020 - HADİSƏ

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, şəhər sakini 1959-cu il təvəllüdlü Əhmədov Əşrəf Həşim oğlu yaşadığı mənzildə iş görərkən qəfildən yıxılıb və başı divara dəyib. 61 yaşlı kişi xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.///Apa

Xəbər xətti