Mingəçevirdə oğul anasını ürəyindən bıçaqladı

09:46 - 21 İyun 2020 - HADİSƏ

Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb. 

Hadisə az öncə şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib.1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib.

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində  törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil.
Hadisəni törədən E.Hacıyev polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb. ///Apa

Xəbər xətti