Dünyada koronavirusa yoluxanların sayı 8,5 milyon nəfəri ötüb

23:16 - 20 İyun 2020 - DÜNYA

Dünyada koronavirusa yoluxanların sayı 8,5 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, son sutkada dünyada koronavirusa 138 mindən çox yoluxma aşkar edilib.

Təşkilat qeyd edib ki, ötən gün dünyada daha 6 271 nəfər COVID-19-dan ölüb. Koronavirusdan ölmüş pasiyentlərin ümumi sayı 456 973 nəfər təşkil edir. Təhlükəli virusun aşkarlandığı 213 ölkə və bölgədə COVID-19-a 8 525 042 nəfər yoluxub.///report

Xəbər xətti