ABŞ-ın 4 ştatında koronavirusa yoluxma halları kəskin artıb

09:03 - 20 İyun 2020 - DÜNYA

ABŞ-ın Arizona, Florida, Texas və Cənubi Karolina ştatlarında yeni növ koronavirusa yoluxma halları kəskin artıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Arizona ştatında ötən sutka ərzində 3 246 nəfər koronavirusa yoluxub və 41 nəfər koronavirusdan ölüb, yoluxanların ümumi sayı 46 689 nəfərə, ölənlərin sayı isə 1 312 nəfərə çatıb. Bildirilir ki, bundan əvvəlki antirekord iyunun 18-i qeydə alınıb (2 519 yoluxma halı). Florida ştatında ötən sutka ərzində 3 822 nəfər yoluxub, 43 nəfər isə ölüb. Burada da daha əvvəlki antirekord iyunun 18-i qeydə alınıb (3 207). Qeyd edilir ki, yoluxma halları Texas və Cənubi Karolina ştatlarında da kəskin artıb.

Xəbər xətti